Kralın qardaşı ad günündə saxlanıldı - Epşteyn işi ilə bağlı

kralin-qardasi-ad-gununde-saxlanildi
Oxunma sayı: 1201

Böyük Britaniya kralı III Çarlzın qardaşı, titullardan məhrum edilmiş şahzadə Endryu amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Endryu Mauntbetten-Vindzor dövlət qulluğunda nalayiq davranışda şübhəli bilinir. Onun 66 yaşının tamam olduğu bu gün Sandrinqam Sarayında saxlanıldığı bildirilir.  

Polis hazırda Böyük Britaniyanın ABŞ-dəki ticarət nümayəndəsi olarkən şahzadə Endryunun Epşteynə məxfi məlumatları ötürməsi ilə bağlı iddiaları araşdırır. 

Qeyd edək ki, Endryunun adı bir neçə ildir ki, Epşteynlə əlaqələrinə görə qalmaqallarda hallanır. Ötən ilin sonlarında qardaşı III Karl onu bütün titullardan məhrum edib. ABŞ Ədliyyə Departamentinin Ceffri Epşteynlə bağlı açıqladığı son sənədlərdə Endryu ilə bağlı qalmaqallı fotoşəkillər və elektron yazışmalar yer alıb.