Krasnodarda Priqojinə heykəl qoyulacaq?

krasnodarda-priqojine-heykel-qoyulacaq
Oxunma sayı: 1388

Rusiyanın Krasnodar diyarında “Vaqner” özəl hərbi şirkətinin keçmiş təsisçisi Yevgeni Priqojin və silahlı birləşmənin komandiri Dmitri Utkinə heykəl qoyula bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Vaqner” şirkəti ilə əlaqəli “Grey Zone” və “Оркестр Вагнера” teleqram kanalları yayıb. 

Məlumatda Vaqner və Utkinin heykəlinin Qoryaçiy Klyuç şəhərində qoyulacağı iddia olunub. 

Krasnodar administrasiyası isə sözügedən məsələ ilə bağlı məlumata sahib olmadığını açıqlayıb. 

Xatırladaq ki, Y.Priqojinin içərisində olduğu təyyarə ötən il avqustun 23-ü Tver vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində Priqojinlə yanaşı D.Utkin və daha 8 nəfər olub. Onların hamısı qəza zamanı dünyasını dəyişib.