“Qəzzada atəşkəsin uzadılmasını istərdik”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Təbii ki, atəşkəsin uzadılması ilə bağlı xəbərləri görməyə üstünlük verərdik. Hazırda Qəzzada baş verən humanitar fəlakətin böyüklüyünü müşahidə edirik. Girovlar tam şəkildə qaytarılmayıb, ona görə də atəşkəsin daha məqsədəuyğun olacağını düşünürük”, - deyə Peskov qeyd edib.
Peskov həmçinin vurğulayıb ki, bu prosesdə Rusiya öz vətəndaşlarının azad edilməsi üçün tərəflərlə əlaqə saxlamağa davam edəcək.
Xatırladaq ki, İsraillə HƏMAS arasında 7 gün davam edən müvəqqəti atəşkəs bitib.