Krım yarımadası üzərində “An-26” hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib.
“Qafqazinfo”nun xəbərinə görə, TASS agentliyinə qəza yerindən məlumat verən mənbə təyyarənin qəzaya uğradığını təsdiqləyib.
İlkin məlumata görə, təyyarə qayaya çırpılıb.
Hadisə martın 31-də, Moskva vaxtı ilə saat 18:00 radələrində planlaşdırılmış uçuş zamanı baş verib. Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, təyyarə ilə əlaqə qəfil kəsilib və dərhal axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Sonradan qəza yeri müəyyən edilib.
İlkin məlumatlara görə, təyyarənin göyərtəsində olan 6 heyət üzvü və 23 sərnişinin hamısı həlak olub.
Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir. Hazırda hadisə yerində xüsusi hərbi komissiya araşdırma aparır.
Son xəbərlər
Son Xəbərlər