Sobçakın bağ evində axtarışlar başa çatdı - Yenilənib

sobcakin-bag-evinde-axtarislar-basa-catdi
Oxunma sayı: 5136

Tanınmış rusiyalı aparıcı və ictimai xadim Kseniya Sobçakın bağ evində axtarış aparılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “112” teleqram kanalı yayıb. 

Məlumata görə, axtarış Sobçakın Moskva vilayətində yerləşən evində həyata keçirilir. 

Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

***

Jurnalist Kseniya Sobçakın evində istintaq axtarışları başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

“Kseniya Sobçakın evində istintaq axtarışları başa çatıb. Hazırda onun avtomobilində və ona yaxın ərazidə axtarış aparılır. Hər şey Kseniyanın əri Konstantin Boqomolovun iştirakı ilə baş verir”, - deyə məlumatda bildirilib.