Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.
Küləyin maksimal sürəti: Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.