Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib

kurde-batan-17-yasli-gulnaz-azerbaycan-cempionu-imis
Oxunma sayı: 1628

Samux rayonunda Kür çayında batan 17 yaşlı qızın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən Gəncə şəhər sakini 2009-cu il təvəllüdlü Gülnaz Məmmədovanın cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə ötən gün Kür çayının Samux rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, 17 yaşlı qız çayda çimərkən boğulub.

Gülnaz ailəsi ilə birlikdə Kür çayının sahilində istirahətə gəlibmiş. O, bu il 11-ci sinfi bitirib.

***

APA-nın məlumatına görə, G.Məmmədova kikboksinq idman növü ilə məşğul olub. Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.

Mərhumun nənəsi Gülnaz Məmmədova bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: “Gözümüz görə-görə nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girib”.

Yunis Quliyev