Kürdəmir sakini həyətində güllələndi

kurdemir-sakini-heyetinde-gullelendi
Oxunma sayı: 3332

Kürdəmirdə güllələnmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Carlı kəndində qeydə alınıb.

Kənd sakini Xalid Abdullayev gecə saat 00:10 radələrində həmkəndlisi Rüstəm Məmmədovun yaşadığı evə gedib.

O, Rüstəmin həyətində tüfəngdən atəş açaraq ona xəsarətlər yetirib.

Bildirilir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktl bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.