Kürdəmirdə toyda zəhərlənənlərin sayı 50-yə çatdı - Yenilənib

kurdemirde-toyda-zeherlenenlerin-sayi-50-ye-catdi
Oxunma sayı: 445

Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib.

Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 30 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmirdə qidadan zəhərlənənlərin sayı 50 nəfərə çatıb.