Kürdəmirdəki zəlzələdə 100-dən çox evə ziyan dəyib

kurdemirdeki-zelzelede-100-den-cox-eve-ziyan-deyib
Oxunma sayı: 2455

Xəbər verdiyimiz kimi, sentyabrın 3-də saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

Baş verən zəlzələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon föqəladə hallar komissiyasının sədri Ağali Kərimli bildirib ki, hadisə zamanı 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib.

“Hazırda FHN-in nümayəndələri əraziyə cəlb olunub. Kürdəmir Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilir”, - deyə o bildirib.