Kurskda yaşayış binasına PUA hücumu olub - Ölən və yaralananlar var

kurskda-yasayis-binasina-pua-hucumu-olub
Oxunma sayı: 1571

Rusiyanın Kursk vilayətində yaşayış binasına pilotsuz uçuş aparatı (PUA) hücumu olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Aleksandr Xinşteyn məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində bir qadın həlak olub, daha 6 nəfər yaralanıb.