Lavrov Aİ və Ukraynanın planlarından danışdı

lavrov-ai-ve-ukraynanin-planlarindan-danisdi
Oxunma sayı: 1413

“Aİ Ukraynaya dayanmadan uzunmənzilli silahlar göndərməklə Kiyevin Rusiyanın “ürəyini” vurmasını təmin etmək istəyir”.

 “Qafqazinfo” xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ukraynanın itirilmiş onilliyi” adlı konfransda Aİ və Kiyevin planlarından danışıb.

Lavrov Kiyevin mövcud üsullarla münaqişədə qalib gələn tərəf ola bilməyəcəyi qənaətinə gəldiyinə diqqət çəkib:

“Ona görə də onlar düşünürlər ki, Rusiyanın “ürəyinə” çata bilən, uzunmənzilli silahlar hansı yolla olur olsun Ukraynaya ötürülməlidir”.