Lənkəranda 22 yaşlı gənc bıçaqlandı - Şübhəli qardaşıdır - Yenilənib

lenkeranda-22-yasli-genc-bicaqlandi
Oxunma sayı: 1528

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Liman şəhərində olub.

Belə ki, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onun xəsarəti ciddi olduğundan dərhal əməliyyata alınıb.

Hadisəni törətməkdə C.Abdullayevin qardaşı şübhəli bilinir.

***

Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 36 yaşlı Calal Abdullayev könüllü olaraq polisə gələrək təslim olub.

Faktla bağlı araşdırmalar aparılır.

Surxay Şahbazov