Lənkəranda quşlar kütləvi şəkildə ölür - Fotolar

lenkeranda-quslar-kutlevi-sekilde-olur
Oxunma sayı: 620

Lənkəran sahillərində dəniz qarabatdaqlarının kütləvi tələfatı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə əsasən şəhərin Kiçik bazar ərazisi yaxınlığındakı Xəzərsahili zonalarda müşahidə olunur.

Köçəri quş növlərindən olan qarabatdaqlar sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların dibində tələf olmuş vəziyyətdə aşkarlanıb.

Yerli sakinlər bildirirlər ki, bu hal indiyədək rastlaşdıqları hadisələrdən fərqlənir.

Onların sözlərinə görə, sözügedən quşlar əsasən qış aylarında bölgəyə gəlir, mövsüm başa çatdıqdan sonra isə digər ərazilərə köç edirlər.

Mütəxəssislər hesab edirlər ki, əsasən dəniz balıqları ilə qidalanan bu quşların kütləvi tələfatı bir sıra amillərlə bağlı ola bilər.

Ehtimallar arasında qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri və virus mənşəli xəstəliklər yer alır.

Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılması zəruri hesab olunur.

Ekoloqlar quş nümunələrinin laborator müayinəsinin vacibliyini vurğulayırlar.

Surxay Şahbazov