Lənkəranskini kimin öldürdüyü bilindi

lenkeranskini-kimin-oldurduyu-bilindi
Oxunma sayı: 12190

İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qətlinin üstü açılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Rosbalt” agentliyi məlumat yayıb. Hüquq mühafizə oqranları Rövşən Lənkəranskinin Moskvada güllələnən “göyərti kralı” Canpolad Şamiloğlunun qisasını almaq üçün öldürüldüyünü müəyyən edib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, Rövşən Canıyev İstanbulda öldürüldükdən sonra Rusiya xəfiyyələri qətlin yaxından araşdırılmasına başlayıb. Araşdırmalar zamanı məlum olub ki, “göyərti kralı”nın öldürülməsinə iki killer cəlb olunub və həmin şəxslər Lənkaranskinin klanının üzvü olublar.

Bundan başqa, gizli agentlər onu da aydınlaşdırıblar ki, “göyərti kralı” Canpoladın öldürüləməsini Lənkəranski şəxsən tapşırıbmış. Canpolad Şamiloğlu qətlə yetirildikdən sonra isə onun qohumları və tərəfdarları Rövşən Lənkəranskiyə qarşı “qan intiqamını” elan edərək, onun barəsində ölüm hökmü çıxarıblar.

Xatırladaq ki, kriminal aləmin nüfuzlu avtoriteti hesab edilən “qanuni oğru” Rövşən Lənkəranski bu il avqustun 18-də İstanbulda güllələnib.

Aysel Kərimova