Tibb elmləri üzrə fəlsəfə doktoru, uzun illər tibb müəssisələrində rəhbər vəzifələrdə çalışmış Leyla Seyidbəyova vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, L.Seyidbəyova ötən gecə xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, məşhur hakim Ənvər Seyidovun bacısı olan L.Seyidbəyova Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışıb. O, həmçinin uzun müddət Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsini icra edib. Seyidbəyova son olaraq 7 saylı doğum evində baş həkim vəzifəsini tutub və 2022-ci ildə yaşla əlaqədar təqaüdə çıxıb.