“Lion”dan biabırçı məğlubiyyət - Kubokdan kənarlaşdırıldı

liondan-biabirci-meglubiyyet
Oxunma sayı: 2369

Fransa Kubokunun 1/16 final mərhələsində Liqa 1 təmsilçisi “Lion” səfərdə V divizionda çıxış edən “Burqon-Jallieyu” komandasının qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, görüşün əsas və əlavə vaxtı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. 

Burada daha dəqiq olan meydan sahibləri 1/8 final mərhələsinə yüksəlib - 3:2.