Litva hökuməti Kirkorovu “qara siyahı”ya saldı

litva-hokumeti-kirkorovu-qara-siyahiya-saldi
Oxunma sayı: 1818

Rusiyanın Xalq artisti Filipp Kirkorov Litvanın “qara siyahı”sına salınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qərar bir neçə gün əvvəl verilib və beş il müddətində qüvvədə olacaq.

Bildirilib ki, Krımın Rusiya tərəfindən işğalını dəstəkləyən bütün sənətçilərin ölkəyə girişi qadağan olunacaq. Bundan əlavə, Kirkorovun yanvarın 19-da paytaxt Vilnüsdə keçirilməsi nəzərdə tutulan konsert tədbiri ləğv edilib.

Kirkorov isə Litvaya giriş qadağasına məhkəmədə etiraz etmək niyyətindədir. Bu barədə sənətçinin vəkili Aleksandr Dobrovinski mətbuata açıqlamasında bildirib.

“Sənətçi mənim kimi mədəniyyətdən siyasi məqsədlər üçün istifadə etməyin ləyaqətsiz olduğuna inanır. Bu səbəbdən Filipp mənə məhkəməni onun mülki mövqeyində mübarizə aparacağımız və müdafiə edəcəyimiz Avropa məhkəmələrinə aparmaq barədə tapşırıq verdi”,- deyə vəkil vurğulayıb.