Litva Prezidenti sığınacağa köçürüldü

litva-prezidenti-siginacaga-kocuruldu
Oxunma sayı: 1391

Litva rəhbərliyi elan edilmiş hava təhlükəsi ilə əlaqədar sığınacaqlara köçürülüb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Litva Prezidenti Gitanas Nausedanın müşaviri Frederikas Yansonas açıqlayıb.

“Dövlət başçısı və prezident ofisinin əməkdaşları sığınacağa köçürülüblər”, - o deyib.

Analoji tədbirlər ölkənin parlamenti olan Seymdə, həmçinin hökumətdə də görülüb.

Litva ordusunun komandanlığı əhaliyə də sığınacaqlarda gizlənməyi tövsiyə edib.

“Sığınacaqlarda gizlənmək və həyəcan siqnalının ləğvini gözləmək lazımdır”, - ordunun məlumatında deyilir.

Qeyd edək ki, sözügedən təhlükəsizlik tədbirləri radarların qeydə aldığı pilotsuz uçuş aparatının ölkənin şərq sərhədi yaxınlığında  uçuşu ilə bağlıdır. Dronun Belarusun hava məkanında olduğu bildirilir.