Latviya Rusiya ilə bütün sərhədi bağlamayacaq

latviya-rusiya-ile-butun-serhedi-baglamayacaq
Oxunma sayı: 1667

“Latviya Finlandiyadan nümunə götürməyəcək və Rusiya ilə bütün sərhəd məntəqələrini bağlamayacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Riçard Kozlovskis deyib.

“Latviyanın hazırda Rusiya və Belarusla sərhədi tamamilə bağlamaq planı yoxdur”, - nazir bildirib.

Onun sözlərinə görə, son vaxtlar Latviyaya qanunsuz daxil olmaq cəhdlərinin sayı azalıb.

Riçard Kozlovskis əlavə edib ki, vəziyyət kökündən dəyişərsə, Riqa şərq sərhədinin mümkün bağlanmasını istisna etmir.