“The Guardian” Qurban Qurbanovu Ser Aleks Ferqüssona bənzətdi

the-guardian-qurban-qurbanovu-ser-aleks-ferqussona-benzetdi
Oxunma sayı: 1400

İngiltərənin məşhur “The Guardian” nəşri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov barədə yazı hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, nəşr Ağdam klubunun çalışdırıcısını “Mançester Yunayted”in əfsanəvi məşqçisi Ser Aleks Ferqüssona bənzədib. 

Həmin yazının başlığı belədir: “Liverpul “azərbaycanlı ser Aleks Ferqüsson”la qarşılaşır”.

Yazıda Qurban Qurbanovun rəhbərliyi altında oynamış sabiq futbolçuların da fikirlərinə yer verilib.

Həmçinin azərbaycanlı jurnalistlər də ölkəmizə uğur qazandıran çalışdırıcıdan danışıb. “Qafqazinfo”nun əməkdaşı Elsevər Məmmədov da “The Guardian”a Qurban Qurbanov haqqında fikirlərini bildirib.