Lotereyada ikinci dəfə 1 milyon qazandılar - Fotolar

lotereyada-ikinci-defe-1-milyon-qazandilar
Oxunma sayı: 1112

Uelsdə 49 yaşlı kuryer Riçard Devis və 43 yaşlı həyat yoldaşı Fey Stevenson-Devis Milli Lotoreyanın qalibi olublar. 

“Qafqazinfo” “Metro” nəşrinə istinadən xəbər verir ki, cütlük lotereyada 1 milyon funt sterlinq (təxminən 2 273 500 AZN) qazanıb. 

Məsələnin maraqlı tərəfi isə onların belə uğuru ikinci dəfə qazanmalarıdır. Belə ki, cütlük ilk dəfə 2018-ci ildə lotereyada 1 milyon funt sterlinq udublar. 

Mütəxəssislər belə bir təsadüfün ehtimalını 24 trilyonda 1 kimi qiymətləndirirlər.

Cütlük bu qeyri-adi hadisəni nikbin düşüncə ilə əlaqələndirib. Onlar təkrar qazanmaq ehtimalının az olduğunu anlasalar da, inamlarını itirmədiklərini bildiriblər. 

Qeyd edək ki, 2018-ci ildə lotereyanı udduqdan sonra cütlük avtomobillərini xeyriyyə məqsədləri üçün verib, yerli reqbi komandasına mikroavtobus bağışlayıb, dostlarına və qohumlarına maddi yardım göstəriblər. Bu dəfə ər-arvad qərar verməkdə tələsməyəcəklərini və sadəcə hər anın dadını çıxarmaq istədiklərini bildiriblər.