Lukaşenko 80,23 faiz səslə qalib gəldi

lukasenko-8023-faiz-sesle-qalib-geldi
Oxunma sayı: 1580

Belarus Mərkəzi Seçki Komissiyası respublikadakı prezident seçkilərinin nəticələrini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ilkin nəticələrə görə, 80,23% səslə hazırki Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib gəlib.

Onun əsas rəqibi Svetlana Tixanovskya 9,9% səs (574 min nəfər) toplayıb.

MSK-dan bildirilib ki, bu nəticələrin dəyişməsi mümkün deyil.

Xatırladaq ki, A. Lukaşenko 1994-cü ildən Belarusa rəhbərlik edir.