Fransanın Luvr muzeyinin əməkdaşlarının üç gündür davam edən tətili başa çatıb.
“Qafqazinfo” “Fransanın Le Parisien” nəşrinə istinadən xəbər verir ki, muzey həmişəki kimi fəaliyyətini bərpa edib.
Məlumata görə, tətil səbəbindən Luvrun demək olar ki, bütün zalları bağlanıb, həftə ərzində onlardan yalnız bir neçəsi qismən açıq olub.
Xatırladaq ki, dekabrın 15-i Luvr muzeyi işçilərinin tətili səbəbindən qeyri-müəyyən müddətə bağlanmışdı.
Son xəbərlər
Son Xəbərlər