m10-da QR ilə ödə, 1-ci və 10-cu gedişin bizdən olsun!

m10-da-qr-ile-ode-1-ci-ve-10-cu-gedisin-bizden-olsun
Oxunma sayı: 1823

m10 elektron pulqabını smartfonuna yükləyən hər “BakıKART” istifadəçisinin 1-ci və 10-cu gedişi bizdən hədiyyə olsun!

m10 elektron pulqabının “BakıKART” ilə əməkdaşlığı çərçivəsində Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş etmək mümkündür.

İstifadə qaydaları çox asandır. m10-da yaradılmış QR bileti avtobus və ya metro keçidində skan etmək kifayətdir. Yaradılmış QR bilet üçün pulqabı balansından yalnız 40 qəpik çıxacaq və bu məbləğ bütün istiqamətlər üçün dəyişməyəcək. Əgər QR bilet yaratdıqdan sonra fikrinizi dəyişib getməkdən vaz keçsəniz, bloklaşdırılan məbləğ yenidən pulqabı balansınıza geri qayıdacaq.

Beləliklə, m10 varsa, pik saatlarda metrodakı ödəmə terminallarının qarşısındakı uzun növbələri gözləməyəcək, avtobuslarda nəqliyyat kartı balansının bitməsi problemini yaşamayacaqsız.

Əlavə məlumatlar m10-un Facebook, InstagramYoutube kanallarında mövcuddur.

m10 elektron pulqabı “PashaPay” məhsuludur. Tətbiq istifadəçiləri alış-veriş zamanı QR ilə ödəniş edə, kommunal, mobil operator, DYP cərimə, kabel televiziyası, parklama, internet və sairə ödənişləri həyata keçirə bilərlər.