Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi - Video

mahir-yeni-klubuna-bayati-sirazla-kecdi
Oxunma sayı: 1445

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rakuv” klubu rəsmi səhifəsində paylaşım edib.

Klubun yaydığı məlumata görə, Mahir Emreli “Kayzerslautern”dən bir illik icarə əsasında heyətə cəlb edilib.

Rəsmi tanıtım videosunda diqqətçəkən məqam isə azərbaycanlı xanəndə Kənan Bayramlının ifasında “Bayatı-Şiraz” muğamına qulaq asmasıdır.

Xatırladaq ki, Mahir Emreli Azərbaycan milli komandasının heyətində 61 oyun keçirib. O, daha əvvəl Polşada “Legiya”nın da formasını geyinib.