Makron etirazlara görə Kralın səfərini ertələdi

makron-etirazlara-gore-kralin-seferini-erteledi
Oxunma sayı: 1625

Böyük Britaniya Kralı III Çarlzın Fransaya səfəri təxirə salınıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu qərar Fransa Prezidenti Emmanuel Makronun xahişindən sonra alınıb.

Fransanın Yelisey Sarayı bu qərarın pensiya yaşının artırılmasına görə keçirilən etirazlar səbəbindən verildiyini bildirib.

Qeyd edək ki, Britaniya Kralının Paris və Bordoya səfəri bazar günü başlamalı idi.