Makron Kiyevə gedəcək

makron-kiyeve-gedecek
Oxunma sayı: 989

Fransa Prezidenti Emmanuel Makron yaxın həftələrdə Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Yelisey sarayına istinadən “AFP” yayıb. 

Agentlik yazır ki, bu barədə qərar martın 10-u Makronla Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan telefon danışığından sonra məlum olub.