Fransız siyasətçisi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot ötən gün Parisdə baş tutan Ukrayna üzrə Avropa sammitinin Fransa Prezidenti Emmanuel Makron üçün böyük fiasko olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Dünən Yelisey sarayında keçirilən zirvə görüşü Makron üçün böyük fiasko oldu! Tarixi!”, - o qeyd edib.
Filippo həmçinin vurğulayıb ki, Makronun strategiyası məhsuldar deyil, o, Ukraynaya qoşun göndərmək məsələsini irəli sürməklə Parislə müttəfiq ölkələri özündən uzaqlaşdırır.