Makrona gələ bilməyəcəyini dedi

makrona-gele-bilmeyeceyini-dedi
Oxunma sayı: 406

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş nazir Məhəmməd bin Salman Əl Səud Fransa Prezidenti Emmanuel Makronun Yeddilik Qrupunun (G7) sammitində iştirak etməyəcək.

“Qafqazinfo”nun xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının mətbuat agentliyi məlumat yayıb.

Fransa liderinə ünvanladığı mesajda vəliəhd iyunun 16-na planlaşdırılan görüşə və işçi nahara dəvətə görə təşəkkürünü bildirib, lakin öncədən götürdüyü öhdəliklərə görə iştirak edə bilməyəcəyini qeyd edib. O, buna baxmayaraq, iki ölkə arasında strateji münasibətlərin əhəmiyyətini vurğulayaraq, sammitin işinə uğurlar arzulayıb.

Qeyd edək ki, G7 sammiti iyunun 15-dən 17-dək Fransada keçiriləcək