“Mançester Siti” ilk dəfə Çempionlar Liqasını qazandı - Yenilənib

mancester-siti-ilk-defe-cempionlar-liqasini-qazandi
Oxunma sayı: 10182

Bu gün UEFA Çempionlar Liqasının 2022/2023 mövsümünün final oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcəklər.

Atatürk Olimpiya Stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

UEFA Çempionlar Liqası
Final
10 iyun

23:00. “Mançester Siti” – “İnter”
Baş hakim: Şimon Marçinyak (Polşa).
İstanbul, Atatürk Olimpiya Stadionu.

***

Matç başladı

***
İlk hissə başa çatdı

***

İkinci hissə başladı

***

"Mançester Siti" hesabı açır. Rodri 68-ci dəqiqədə fərqlənir.

***

Matç başa çatdı. "Mançester Siti" ilk dəfə Çempionlar Liqasının qalibi oldu.