“Mançester Siti” uğursuz seriyasına son qoydu

mancester-siti-ugursuz-seriyasina-son-qoydu
Oxunma sayı: 1892

İngiltərə Premyer Liqasında 19-cu turun oyunları keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, bu gün “Lester” öz meydanında “Mançester Siti”ni qəbul edib. 

Görüş görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə “şəhərlilər” 5 oyunluq qələbəsizlik seriyasına son qoyub. Bu, son 14 oyun ərzində isə Mançester klubunun 2-ci qələbəsidir. 

“Lester” – “Mançester Siti” - 0:2
Qollar: Savio, 21, Haaland, 74

Qeyd edək ki, Xosep Qvardiolanın komandası bu qələbədən sonra turnir cədvəlində 31 xalla 5-ci yerə yüksəlib. “Lester” isə 14 xalla 18-ci yerdədir.