“Mançester Siti”nin İstanbula gedəcəyi heyət - Açıqlandı

mancester-sitinin-istanbula-gedeceyi-heyet
Oxunma sayı: 3070

"Mançester Siti"nin İstanbula yollanacaq 23 futbolçusunun siyahısı açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, heyət barədə məlumatı klubun saytı yayıb.

Bildirilib ki, Çempionlar Liqasının finalında "İnter"lə oyun üçün İstanbula gedəcək heyət bunlardır:

Kayl Uoker, Ruben Diaş, Kalvin Fillips, Con Stounz, Natan Ake, İlkay Gündoğan, Erlinq Haaland, Cek Qriliş, Emerik Laport, Rodri, Kevin De Brüyne, Ştefan Orteqa, Julian Alvares, Bernardo Silva, Serxio Qomes, Manuel Akanji, Riyad Mahrez, Ederson, Maksimo Perrone, Skott Karson, Fil Foden, Koul Palmer, Riko Luis

Qeyd edək ki, oyun iyunun 10-u Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.