İngiltərə Premyer Liqasının 13-cü turunda “Mançester Yunayted” səfərdə “Kristal Pelas”ın qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, gərgin keçən qarşılaşma “qırmızı şeytanlar”ın 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 36-cı dəqiqədə penaltidən meydan sahiblərinin hücumçusu Jan-Filip Mateta açıb.
Lakin 54-cü dəqiqədə Yoşua Zirkzee tarazlığı bərpa edib. Bundan 9 dəqiqə sonra Meyson Maunt fərqlənərək komandasına qələbə qazandırıb. “Mançester Yunayted”in hər iki qolunda məhsuldar ötürməni isə Bruno Fernandeş edib.
Bu qələbə ilə 3 oyunluq qələbəsizlik seriyasına son qoyan və xallarını 21-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində 6-cı pilləyə yüksəlib.
“Kristal Pelas” isə 20 xalla 7-ci sırada qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər