Ağ Ev də onların Pakistana gedəcəyini təsdiqlədi

ag-ev-de-onlarin-pakistana-gedeceyini-tesdiqledi
Oxunma sayı: 349

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner İranla danışıqlar aparmaq məqsədilə aprelin 25-i şənbə günü Pakistanın paytaxtı İslamabada yola düşürlər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə açıqlamasında bildirib.

Levitin sözlərinə görə, rəsmi Tehran danışıqlar masasına oturmaqda maraqlıdır və bunu “şəxsən” həyata keçirmək istəyir.

O, Prezident Trampın “həmişə diplomatiyaya şans verməyə hazır olduğunu” vurğulayıb:

“Beləliklə, Stiv və Cared sabah İran tərəfini dinləmək üçün Pakistana gedirlər”.

Məlumata görə, İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin də danışıqların ikinci mərhələsində iştirak etmək üçün bu axşam İslamabada gəlişi gözlənilir.

Xatırladaq ki, Tehran və Vaşinqton arasında danışıqların ilk mərhələsi aprelin 11-də baş tutmuşdu. Həmin vaxt Tramp ikihəftəlik müvəqqəti atəşkəs barədə razılığın əldə olunduğunu elan etsə də, ertəsi gün vitse-prezident Ceyms Devid Vens tərəflərin anlaşa bilmədiyini açıqlamışdı. Buna cavab olaraq Tramp İran limanlarına qarşı tam dəniz blokadası tətbiq etmişdi.