ADY sədrinin iştirakı ilə Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı

ady-sedrinin-istiraki-ile-orta-dehlizin-inkisafi-uzre-muhum-senedler-imzalandi
Oxunma sayı: 211

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana işgüzar səfəri çərçivəsində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İdarə Heyətinin növbəti iclasında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Görüşdə qeyd olunub ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu son illər ərzində qlobal yükdaşıma marşrutları arasında mühüm mövqe qazanıb, bu marşrutla Şərq-Qərb-Şərq istiqamətində daşınan yüklərin həcmi mütəmadi artır və bu da öz növbəsində əməliyyatların səmərəliliyinin yüksəldilməsi və rəqəmsal həllərin geniş tətbiqini ön plana çıxarır.

Eyni zamanda, TBNM BA Hüquqi Şəxslər Birliyinin icra orqanının ötən iki il ərzində gördüyü işlər nəzərdən keçirilib, mövcud yükdaşıma planının təkmilləşdirilməsi və Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Avropa istiqamətində konteyner daşımalarının inkişafının zəruriliyi vurğulanıb.