Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı - Video

serurda-avtomobilini-yandiran-serxos-surucu-saxlanildi
Oxunma sayı: 566

Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində “Kia” markalı avtomobilini sərxoş vəziyyətdə yandıran Faiq Abbasov polis əməkdaşları tərəfindən həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.