MAQATE-nin direktoru Zaporojye AES-ə getdi

maqate-nin-direktoru-zaporojye-aes-e-getdi
Oxunma sayı: 920

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi Zaporojye Atom Elektrik Stansiyasına baş çəkib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasında yoxlamalar aparıb.

Burada jurnalistlərə açıqlama verən Qrossi, stansiyada vəziyyətin yaxşı olmadığını deyib:

“Stansiyanı hücumlardan qorumaq üçün bütün mümkün tədbirlər görülməlidir. Zavodun mühafizəsi üçün bütün tərəflərin razılaşa biləcəyi real tədbirlər hazırlayıb təklif etməyə çalışıram”.

Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

Zaporojye Atom Elektrik Stansiyası 2022-ci il martın 4-də Rusiya ordusu tərəfindən ələ keçirilib. Rusiya Prezidenti Vladimir Putin 2022-ci il oktyabrın 5-də elektrik stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.