Mariupol və Volnovaxada humanitar dəhlizlər açıldı - Yenilənib

mariupol-ve-volnovaxada-humanitar-dehlizler-acildi
Oxunma sayı: 2539

Bu gün Moskva vaxtı ilə saat 10-dan etibarən (Bakı vaxtı ilə 11:00) Rusiya tərəfi Ukraynada sükut rejimi elan edir və mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu qərar Ukrayna tərəfi ilə razılaşdırılıb.

***

Mariupol hökumətindən bildirilib ki, humanitar dəhliz kimi Mariupol-Nikolskoye-Rozovka-Poloqi-Orexov-Zaporojye marşrutu seçilib.

Qeyd olunur ki, bir neçə gün ərzində Mariupoldan təxliyənin bir neçə mərhələsi təşkil olunacaq ki, getmək istəyən hər kəs bunu edə bilsin.