Masallı rayonunun ərazisində yerləşən meşələrdə yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Masallı rayonunun Xanalıyan kəndində dağlıq ərazidə yanğın müşahidə olunur. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində 10 avqust 2017-ci il tarixində saat 10:50-də yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər