Maşın bəyəndi, beh verdi - Amma ala bilmədi+Video

masin-beyendi-beh-verdi-
Oxunma sayı: 3808

Alqı satqı əməliyyatlarında ən çox tətbiq edilən üsullardan biri də behləşməkdir. Amma bu, şifahi halda olanda sonradan bir sıra problemlərə gətirib çıxara bilər.

Qafqazinfo”nun xezerxeber-ə istinadən məlumatına görə, Şahin Şabanov adlı vətəndaş deyir ki, heç bir müqavilə bağlamadan bəyəndiyi maşını almaq üçün sahibinə beh verib. Amma saytların birində bəyəndiyi maşını almaq ona qismət olmayıb.

Mütəxəsislər isə bildirir ki, belə hallarla üzləşməmək üçün istənilən sövdələşmədə ödəniş olarsa bunun müqavilə ilə tənzimlənməsi və notarial qaydada təsdiqlənməsi ən yaxşı yoldur.

Əgər müqavilə bağlanarsa bu zaman qarşı tərəf aldığı behi qaytarmadığına görə ona cinayət işi başladıla bilər. Amma sövdələşmə şifahi şəkildə olubsa, bu zaman zərərçəkən faktı sübuta yetirməlidir. Əgər qarşı tərəfin günahı sübuta yetirilərsə onda bu dələduzluq kimi qiymətləndirilə bilər.

Bu zaman əgər onun beh kimi verilməsi təsdiq olunarsa zərərçəkənə veriləcək pul alınan behin 2 misli olur. Yox əgər avans kimi təsdiqlənirə onda həmin məbləğin özü qaytarılır.