Maşın kanala düşdü, sürücü boğulub öldü

masin-kanala-dusdu-surucu-bogulub-oldu
Oxunma sayı: 2196

Bu gün saat 10 radələrində Göyçay rayonunun Dövranlı kəndi ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Nəticədə sürücü 61 yaşlı Habil Talıbov suda boğularaq hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.