Aparıcısı xalq artisti Murad Dadaşovun olduğu “Maşın” şounun növbəti buraxılışında müğənni Ramil Nabran SMS səsverməsinə çıxarılıb.
“Qafqazinfo”nun məlumatına görə, müğənni açıq oyun sərgilədiyini və heç kəsi aldadıb çıxartmaq istəmədiyini bildirərək hədəfinin aktyor Sərxan Kərəmoğlu olduğunu söyləyib.
O, tamaşaçılara müraciətində “Maşını qazanmaq istəyirəm, dəstək olsanız qalib olsam, bu, mənim ikinci hədiyyəm olacaq. Birinci hədiyyəm ailəmdir, ikincisi də maşın olacaq. Hər kəsdən səs istəyirəm, imkanı olmayıb dua edənlərin qarşısında da baş əyirəm” deyə bildirib.
Sonda 41,53 faiz səs toplayan R. Nabran özü evə getməli olub.



Son xəbərlər
Son Xəbərlər