Mask bunun üçün 1 milyard borc götürübmüş

mask-bunun-ucun-1-milyard-borc-goturubmus
Oxunma sayı: 2639

"X" şirkətinin sahibi İlon Mask sosial şəbəkəni satın aldığı vaxtda onun idarəçiliyi ilə bağlı “SpaceX” şirkətindən 1 milyard dollar borc götürüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal"  nəşri məlumat yayıb.  

Bildirilib ki, “SpaceX” Maska məxsus səhmlərin bir hissəsi ilə təmin edilmiş krediti 2022-ci ilin oktyabrında təsdiqləyib.

Mask 2022-ci ilin noyabrında xüsusi razılaşma çərçivəsində pulu faizlə şirkətə qaytarıb.