Mayk Tayson bu bloqerlə döyüşəcək

mayk-tayson-bu-bloqerle-doyusecek
Oxunma sayı: 3200

Əfsanəvi amerikalı boksçu Mayk Tayson həmyerlisi bloqer Ceyk Paulla döyüşəcək.

“Qafqazinfo” xəbər verir ki, Paul bu barədə X səhifəsində məlumat yayıb.

O bildirib ki, döyüş iyulun 20-də baş tutacaq.

Qeyd edək ki, 57 yaşlı Taysonun 50 qələbəsi (44-ü nokautla) və 6 məğlubiyyəti var. İki döyüş etibarsız sayılıb. 27 yaşlı Paul isə 9 qələbə (6 nokaut) qazanıb, 1 dəfə isə məğlub olub.