Maykl Ceksonu o canlandıracaq

maykl-ceksonu-o-canlandiracaq
Oxunma sayı: 1437

Əfsanəvi pop-ulduz Maykl Cekson haqda çəkiləcək bioqrafik filmin baş rol ifaçısı açıqlanıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, pop musiqi kralını onun 26 yaşlı qardaşı oğlu Jaafar Cekson canlandıracaq.

Filmin rejissoru Antuan Fukua məlumatı təsdiq edib.

Pop musiqi kralının qardaşı oğlu 12 yaşından ifaçılıq və rəqslə məşğul olub. Hazırda gənc ulduzun öz musiqi layihəsi var.