“Mazımçay” gömrük postunun əməkdaşları aztəminatlı ailələrə yardım ediblər - Video

mazimcay-gomruk-postunun-emekdaslari-azteminatli-ailelere-yardim-edibler
Oxunma sayı: 1477

Xüsusi karantin rejimi dövründə Dövlət Gömrük Komitəsi tərəfindən aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun əməkdaşları 50 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan şəxslərə baş  çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.