MDB ölkələrinin liderləri Kazanda keçiriləcək BRICS sammitinə dəvət ediliblər.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov açıqlayıb.
Onun sözlərinə görə, qrupun üzvü olan 9 ölkə ilə yanaşı, MDB ölkələrinin liderləri də sammitə dəvət olunub.
Xatırladaq ki, sözügedən sammit oktyabrın 22-24-də baş tutacaq.
Onu da qeyd edək ki, BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin və CAR daxildir. Son dövrlərdə 23 ölkə bu iqtisadi bloka qoşulmaq niyyətini bəyan edib.