Teleqram mesajlaşma proqramının yaradıcısı Pavel Durovun Fransadan çıxışına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını təmin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Agence France-Presse” məhkəmə sistemindəki mənbəyə istinadən məlumat yayıb.
Məhkəmə mənbələrinə görə, teleqram təsisçisi məhkəmə nəzarəti ilə bağlı bütün tələblərə ciddi şəkildə əməl edib.
“Bir sıra mütəşəkkil cinayətkarlıqda ittiham olunan Teleqramın təsisçisi Pavel Durov xaricə getməsini qadağan edən tədbirlərin ləğvini təmin edib və ondan Nitsadakı polis bölməsinə məlumat verməsini tələb edib”, - hesabatda deyilir.
Qeyd edək ki, Durov 2024-cü il avqustun sonlarından Fransada yaşayırdı. Məhkəmə baxışının şərtlərinə görə, onun ölkəni tərk etməsi qadağan edilib. Bundan əlavə, o, həftədə iki dəfə yaşadığı yer üzrə polis bölməsinə getməli idi. Mart ayında Fransa hakimiyyəti ona bir neçə həftəlik Dubaya səyahət etmək üçün müstəsna icazə verib.
Son xəbərlər
Son Xəbərlər