Meksikada sərnişin qatarı relsdən çıxdı - 13 ölü - Fotolar

meksikada-sernisin-qatari-relsden-cixdi
Oxunma sayı: 370

Meksikada sərnişin qatarının relsdən çıxması nəticəsində 13 nəfər ölüb, 98 nəfər xəsarət alıb.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, qatarda 250 nəfər, o cümlədən 9 heyət üzvü və 241 sərnişin olub.

Hadisə Sakit okean ilə Meksika körfəzini birləşdirən dəmir yolu xəttində, Oaxaka ştatının Çivela və Nizanda şəhərləri arasında baş verib.

Meksika Prezidenti Klaudiya Şeynbaumun sözlərinə görə, xəsarət alanlardan beşinin vəziyyəti ağırdır.

Ölkənin Baş Prokurorluğu faktla bağlı araşdırmaya başlayıb.